Bu kənddə çılpaq "kəllə ovçuları" yaşayır - VİDEO - FOTO

Bu kənddə çılpaq "kəllə ovçuları" yaşayır - VİDEO - FOTO
18:17 18 Noyabr 2016
331 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu qəbilədəki qadının qohumlarından biri öləndə o, barmaqlarından birini kəsməlidir. Ona görə də kənddəki qadınların istisnasız olaraq hamısının əllərində barmaqların sayı çatışmır.

Kişilər isə lüt gəzir, "paltar" qismində cəngəllikdə bitən uzunsov balqabağı qurudub əyərək istifadə edirlər. "Koteka" adlanan bu balqabağın ölçüsü nə qədər böyük olarsa, kişi bir o qədər varlı və nüfuzlu sayılır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İndoneziyanın Yeni Qərbi Qvineya bölgəsindəki ucqar dağlıq ərazidə yaşayan dani qəbiləsi unikal yaşam tərzinə malikdir.

Qəbilə ibtidai icma quruluşunu indiyədək saxlayıb.

Daniləri amerikalı filantrop Riçard Arçbold 1938-ci ildəki ekspedisiyası zamanı təsadüfən aşkarlamışdı.

Bu qəbilə indi dünyada ən təcrid olunmuş kiçik toplumlardan biri sayılır.

Danilər həddən artıq aqressiv, döyüşkən qəbilə sayılır. Onları "kəllə ovçuları" adlandırırlar. Lakin son illərdə turistlərin axını nəticəsində danilər turizmin yaxşı gəlir mənbəyi olduğunu anlayıblar. Onlar turistlər üçün "savaş"lar təşkil edir, habelə ənənəvi bayramlarına qonaq dəvət edirlər.

Belə bayramların arasında "Baylem" xüsusi yer tutur. "Baylem" zamanı kənd sakinləri donuzu kəsir doğrayır və kəndin ortasında qazılmış çuxurda bişirir, rəqs edir, əylənirlər.

Milli.Az

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR