Bazar günü Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Bazar günü Azərbaycanda hava şəraiti yağmurlu olacaq
12:37 19 Noyabr 2016
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, noyabrın 20-də paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək,
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/bazar-gunu-azerbaycanda-hava-seraiti-yagmurlu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR