SOCAR-ın vitse-prezidenti: “AGRI layihəsi çox böyük investisiya tələb edir”

SOCAR-ın vitse-prezidenti: “AGRI layihəsi çox böyük investisiya tələb edir”
14:12 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Rumıniya Avropada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya yatırdığı ilk ölkədir”. “Report” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Buxarestlə sıx əməkdaşlığa üstünlük verir: “Gələcəkdə də Rumıniya Azərbaycan və SOCAR üçün prioritet ölkə olacaq”.
S. Qasımov onu da deyib ki, AGRI (Azərbaycan, Gürcüstan, Rumıniya İnterkonnektoru) layihəsinin reallaşdırılmasıması böyük vaxt və pul tələb edir: “AGRI layihəsi heç vaxt dayandırılmayıb. Sadəcə bu layihə çox böyük investisiya tələb edir. Nəzərə almaq lazımdır ki, layihə çərçivəsində biri Gürcüstanın Qara dəniz ərazisində, digəri isə Rumıniyanın Konstansa şəhərinin həmin dənizə düşən hissəsində olmaqla iki maye qaz terminalı (LNG) inşa edilməlidir. Hələlik isə SOCAR özünün xarici tərəfdaşları ilə birgə TAP və TANAP kimi təbii qaz layihələrinin reallaşdırlması ilə məşğuldur”.
Qeyd edək ki, 2010-cu ildə Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi ilə bağlı memorandum imzalayıb. Daha sonra Macarıstan da bu layihəyə qoşulub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-vitse-prezidenti-agri-layihesi-cox-boyuk-investisiya-teleb-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR