"Zadəganlar" adada taxtı ələ keçirdi

"Zadəganlar" adada taxtı ələ keçirdi
00:28 21 Noyabr 2016
118 İdman
Ölkə mətbuatı
A- A+

Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Midlsbro" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu qələbə “Zadəganlar”ın turnir cədvəlində birinci pilləyə qalxmasına imkan verib.

Matçda yeganə qolu londonluların ispan hücumçusu Dieqo Koşta (41-ci dəqiqə) vurub.

Hazırda "Çelsi"nin hesabında 12 oyuna 28 xal var. Londonlular çempionatın ardıcıl altıncı oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci mövqedə qərarlaşıb.

Növbəti turda "Çelsi" öz meydanında "Tottenhem"i qəbul edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR