Türkiyə Super Liqasının yayım hüququ rekord qiymətə satıldı

Türkiyə Super Liqasının yayım hüququ rekord qiymətə satıldı
13:33 21 Noyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət müəyyənləşib.

Türkiyə Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, bu gün keçirilən tenderin qalibi "Digiturk" şirkəti olub.

Şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümdə (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı üçün federasiyaya 500 milyon dollar ödəyəcək.

TFF prezidenti Yıldırım Demirören tenderlə 5 şirkətin maraqlandığını, ancaq bunlardan 2-nin iştirak etdiyini bildirib.

Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR