Məşhur italyan aktrisa azərbaycanlı ailənin evinə qeydiyyata düşdü

Məşhur italyan aktrisa azərbaycanlı ailənin evinə qeydiyyata düşdü
11:22 22 Noyabr 2016
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktrisalarından biri, italyan Ornella Muti Rusiya vətəndaşlığı alıb və Rusiyaya köçüb. Onu Moskvanın Qolyanovo rayonunda daimi qeydiyyata alıblar.

Milli.Az Life-a istinadən bildirir ki, aktrisa azərbaycanlı Bəhmən Nəcəfovun mənzilində qeydiyyata düşüb.

"Onun Rusiya vətəndaşlığını aldığını bilirdik. Televizorda göstərmişdilər. Amma rayonumuzda qeydiyyatda olduğunu bilmirdik. Şelkov şossesini heç təmir etmirlər. Yəqin, Muti buraya köçəndən sonra yol təmir olunar", - binanın sakinləri deyirlər.

Ornella Muti əsl ad və soyadı olan Françeska Rivelli kimi qeydiyyata düşüb.

"Mənzilimizdə Ornella Mutinin qeydiyyata düşdüyünü eşitməmişəm. Azərbaycandanıq. Üç il əvvəl ərimlə və uşaqlarımla burada yaşamağa başlamışıq",  - mənzilin sahibəsi İlhamə Nəcəfova  deyib.

Mənzilin ilkin sahibi Vladimir Molçanov olub. O, 2005-cü ildə mənzili Səfa Qərib oğlu Kərimova ömürlük icarəyə verib: bir şərtlə ki, ahıl Molçanovun həyatının sonunadək Kərimov ona baxmalıydı.

2008-ci ildə isə Kərimov bu mənzili qohumu Bəhmən Mikayıl oğlu Nəcəfova satıb.

Kərimov indi Bakıda yaşayır.

İtalyan aktrisanın onların mənzilində qeydiyyata alınması isə Nəcəfovlar ailəsini bərk narahat edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR