Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından
Publika.az-a verilən məlumata görə, diskə
“Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik
siyasəti” (o cümlədən türk və rus dillərində), “Müasir Beynəlxalq
Münasibətlər və Azərbaycanın xarici siyasəti” (o cümlədən rus
dilində), “Azərbaycanın geosiyasəti” və “Geosiyasət” (o cümlədən
türk və rus dillərində) əsərləri daxil edilib.
Digər diskə “Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve
Azerbaycan’ın Jeopolitiği”, “Hazar-Karadeniz Havzalarıyla Güney
Kafkasya’ın Jeoekonomik karakteristiğe ve Azerbaycan’ın yeni petrol
politikası”, “Güney Kafkasya’ın Askeri-Jeostratejik durumu ve
Azerbaycan’ın güvenlik politikası”, “Azərbaycanlılara qarşı etnik
təmizləmə və soyqırımı siyasətinin mərhələləri”, “Azərbaycan
Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin
əsasları” və “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın
geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” əsərləri
daxildir.