Erməni Kardaşyanın ərini qandallayıb xəstəxanaya apardılar - FOTO

Erməni Kardaşyanın ərini qandallayıb xəstəxanaya apardılar - FOTO
11:52 22 Noyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış Kim Kardaşyanın əri, tanınmış reper Kanye Uest Los-Anceles şəhərindəki "UCLA Medical Center" hospitalına aparılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 39 yaşlı reper "The Life of Pablo" albomuna dəstək məqsədilə ABŞ-da başladığı konsert turnesini təxirə salıb.

İlkin məlumatlara görə, Kanye Uestdə kəskin depressiv psixoz, ruh düşkünlüyü və yuxusuzluq aşkarlanıb.  Kanye Uest hospitala getmək istəməyib. Hadisə yerinə çağırılmış polislər onun əllərini qandallayıblar və zorla, təcili yardım maşını ilə aparıblar.

Noyabrın 19-da Sakramento şəhərindəki konsertində yalnız 3 mahnını ifa edən Kanye Uest səhnəni tərk etmişdi. Lakin o, səhnədən getməzdən əvvəl ABŞ-da keçirilmiş prezident seçkilərində namizəd olmuş Hillari Klintonu, habelə Klintonu dəstəkləmiş Beyonseni və Cey-Zini tənqid edib, aşağılayıb.

Uest MTV telekanalını da "sərt tənqid" edib. Onun çıxışı 10 dəqiqə davam edib.

San-Xosedəki konsertində isə o, Donald Trampı dəstəklədiyini demişdi. Tamaşaçılar onu fitə basmışdılar.

Konsertlərin təxirə salınması Kanye Uestə ən azı 10 milyon dollar ziyan vuracaq.

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR