Futbol üzrə Çempionlar Liqasında məhsuldarlıq rekordu təkrarlanıb

Futbol üzrə Çempionlar Liqasında məhsuldarlıq rekordu təkrarlanıb
02:17 23 Noyabr 2016
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında məhsuldarlıq rekordu təkrarlanıb.
"Report"un məlumatına görə, bu, cari mövsümdə qrup mərhələsinin V tur matçına təsadüf edib.
Almaniyanın "Borussiya" (Dortmund) klubu Polşa "Legiya"sı ilə görüşdə 7:4 hesablı qələbəyə nail olub. Bunadək bir oyunda 11 qol 2003-cü ildə "Monako" (Fransa) - ""Deportivo" (İspaniya) matçında vurulub - 8:3.
Digər tərəfdən, "Borussiya" - "Legiya" matçının ilk yarısında 7 qol vurulub. Belə hal Çempionlar Liqasında birinci dəfə baş verib. Meydan sahiblərinin 5 qolu 16 dəqiqəyə vurması da turnirin rekordudur.
Qeyd edək ki, Dortmund "Borussiya"sı bu qələbə sayəsində F qrupunda xallarını 13-ə çatdırıb və İspaniya "Real Madrid"i ilə birgə 1/8 finala yüksəlib. 1 xala malik "Legiya" isə qrupda sonuncudur.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-cempionlar-liqasinda-mehsuldarliq-rekordu-tekrarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR