Novruz Məmmədov: “Azərbaycan-Rusiya-İran formatına qoşulmaq istəyən ölkələr var”

Novruz Məmmədov: “Azərbaycan-Rusiya-İran formatına qoşulmaq istəyən ölkələr var”
11:53 23 Noyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan-Rusiya-İran formatı haqda danışıb.

Publika.az
xəbər verir ki, N. Məmmədov “facebook” səhifəsində formata əlavə ölkələrin də qoşulmaq istədiklərini yazıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olmasını nümayiş etdirir. Həqiqətən də bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil”, - deyə PA rəsmisi vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR