"Real"ın futbolçusu Qaret Beyl zədələnib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı matçın ikinci hissəsində topuğundan zədə alıb və məcburi əvəzlənib. Onun bərpa müddəti hələlik müəyyənləşməyib.
Ancaq uelsli oyunçunun "El-Klassiko"nu buraxa biləcəyi bildirilir.
Qeyd edək ki, "Barselona" - "Real" görüşü dekabrın 3-ü keçiriləcək.
Milli.Az