Brent markalı neftin qiyməti 53 dollara enib

Brent markalı neftin qiyməti 53 dollara enib
09:42 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir.
APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.
 
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.
 
Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.
 
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR