“Report”un məlumatına görə, bu haqda onun vəkili Nikolay Polozov “Facebook” səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin həbs müddəti noyabrın 26-da bitir. Rusiya qanunverciliyinə görə, bu tarix istirahət gününə düşdüyündən H.Cemilev noyabrın 25-də sərbəst buraxılacaq.
Məhkəmə H.Cemilevin azadlığa çıxmasından sonra Rusiyanı tərk etməsinə dair qərar çıxarıb.
Qeyd edək ki, H.Cemilev 2013-cü ildə ehtiyatsızlıq səbəbindən ailə dostu Fevzi Ədəmovu öldürməkdə ittiham olunurdu.
Xatırladaq ki, Hayser Cemilov Krım tatarlarının milli lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cemilevin oğludur.