Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşlarla görüşüb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşlarla görüşüb
15:47 25 Noyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov İsmayıllı rayonunda yaşayan vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə İsmayıllı, Qəbələ və Oğuz rayonlarının vətəndaşları iştirak edib.
Qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.






Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/ekologiya-ve-tebii-servetler-naziri-i-smayillida-vetendaslarla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR