"Mançester Yunayted"in kapitanı Ueyn Runi Şotlandiya ilə oyundan sonra (3:0) oteldə spirtli içki qəbul etməsinə aid suala cavab verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu toy mərasimində iştirak etmədiyini qeyd edib və həmin hadisə haqqnda danışmaq istəməyib.
"Əslində oteldə keçirilən həmin mərasimə ayağım dəyməyib. Hesab edirəm ki, belə möhtəşəm qələbədən sonra yenə bu hadisəni xatırlamaq yaxşı deyil".
Noyabrın 24-də keçirilmiş "Mançester Yunayted" - "Feyenoord" matçında (4:0) Runi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az