Millimizin üzvü "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı

Millimizin üzvü "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı
00:27 26 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında XII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.


Bursa klubu səfərdə "Qalatasaray"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.


Deniz Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.


Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-quotqalatasarayquota-qar-90-dqiq-oynad-t54463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR