İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iranlı nazir "Bakutel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək.
Bundan əlavə, M.Vaezinin Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.
Eyni zamanda, M.Vaezinin Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Naxçıvan səfər edəcəyi gözlənilir.