Azərbaycanda mobil texnologiyaların inkişafı üçün yeni tezliklər veriləcək

Azərbaycanda mobil texnologiyaların inkişafı üçün yeni tezliklər veriləcək
15:27 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəqəmsal teleyayıma keçiddən sonra boş qalmış tezliklər perspektivli mobil texnologiyaların inkişafı üçün istifadə olunacaq.

Trend-in məlumatına görə, bunu "Bakutel 2016" sərgisinin açılışına həsr olunmuş konfrans zamanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib: "Rəqəmsal televiziyaya keçidin məqsədi ondan ibarətdir ki, teleyayımda istifadə olunan tezliklər boşaldılsın və gələcəkdə yeni texnologiyalar əsasında, xüsusən, mobil texnologiyalar, əşyaların interneti üçün lazım ola biləcək tezliklər şəklində istifadəsinə imkan yaransın. Hazırda bu istiqamətdə iş aparılır. Güman edirəm ki, tezliklər boşaldıqdan sonra onların yenidən, xüsusən də, mobil xidmətlər üçün istifadəsi mümkün olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR