İraqın baş naziri: “ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik”

İraqın baş naziri: “ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik”
14:27 29 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə yardım etdiyinə görə ABŞ-a İraq nefti ilə ödəniş edilməyəcək".
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib.
Hökumət başçısı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampdan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün maddi-texniki dəstəyin artırılmasını gözlədiklərini söyləyib.
O, ABŞ-ın yeni seçilən lideri ilə telefonla danışdığını da vurğulayıb.
Məlumata görə, Donald Tramp prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İraqa yardımının əvəzini rəsmi Bağdadın neftlə ödəyəcəyini söyləmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-e-qarsi-mubarizenin-evezini-abs-a-neftimizle-odemeyeceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR