Rəşad Sadiqov: "Hakim bütün oyunu korladı"

Rəşad Sadiqov: "Hakim bütün oyunu korladı"
22:07 29 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”a məğlubiyyətdən sonra müsahibə verib.

- İki lider komanda oynayırdı. Lakin matçın bu qədər dramatik olacağını heç kim gözləmirdi. Mənə elə gəlir ki, hakim bütün oyunu korladı.

- Referinin günahını nədə görürsünüz?
- İlk növbədə belə penalti verməzlər. Penaltini verəndən sonra yan hakimdən soruşur ki, harasına dəydi? Sən bunu görməmisənsə, necə penalti verirsən? Ağzın da göstərdi, qan idi. Ağzına da dəymişdi.

- Bu qərəzdir, yoxsa səhv?
- Səhv bu cür olmur da. Hər dəfə bizim qapıya belə səhvlər olur.

- “Qarabağ”ın 2-ci qolundan sonra əsas diqqət mərkəzində olan futbolçulardan biri də siz idiniz.  Səhv etmirəmsə, rəqibin qapıçısı Şahrudin Məhəmmədəliyevlə mübahisə edirdiniz...
- Dünənki uşaqdır, qolu vurmusunuz, gedin qıraqda sevinin də. Çönüb bizim tərəfə jest edir. Mən də yaxınlaşdım ki, nə edirsən.  Sözümü dedim, itələdim də. Uşaqdı, yerin bilməlidir. Bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. Belə vəziyyətdə adam döyər də, öldürər də yeri gələndə.

- Bu cür gərginlikdən sonra Avroliqa oyunu da var...
- Hələ bu barədə fikirləşmirik. Komanda 3-4 günə özünə gələcək.  Belə oyunlardan sonra çempionluqlar əldən gedir.  Bundansa 7 komanda oynayaq, Avroliqa üçün mübarizə aparaq. Harda gəldi belə penalti vermək olmaz. Keçən il Qəbələdə qırmızı vərəqə, penalti. Belə gülməli şeylər ancaq bizim qapıya olacaq? 

- “Qarabağ”ın qələbə qolundan sonra nəyə etiraz edirdiniz?
- Hakim 4 dəqiqə əlavə edir, 90+7-də qol vururlar. Nə bilim, özləri bilər. 

- Digər oyunçular arasında da mübahisələr vardı...
- Qoldan sonra belə şeylər olur. Belə şeydən sonra adam oynamaq istəmir. Referi penalti verib, sonra yan xətt hakimindən soruşur. Bu qərəzdir, yoxsa səhv – bunu artıq siz deyin. 

- Hakim oyunu bitirmədi, mərkəzdən başlamadı. Bəlkə, matç yenidən keçirilsin...
- Nə bilim, bu artıq onun öz işidir. Danışamağa dəyməz.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadiqov-quothakim-butun-oyunu-korladquot-t54564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR