İran, Rusiya, Yaponiya və Fransada "quş qripi" yayılıb

İran, Rusiya, Yaponiya və Fransada "quş qripi" yayılıb
14:12 30 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ İranda H5N8 virusuna (“quş qripi”) yoluxan 500 min toyuq məhv edilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İran Baytaralıq İdarəsinin sədri Mehdi Halaç deyib. 
Onun sözlərinə görə, İranda 4 quşçuluq fabrikində xəstəlik aşkarlanıb: “Yüksək səviyyədə H5N8 virusu aşar edildiyindən 513 min baş toyuq məhv edilib”.
Məlumata görə, Rusiya və Yaponiya quşçulq fabriklərində də "quş qripi" aşkarlanıb. Yaponiyada 310 min toyuq məhv edilmək üçün ayrılıb, 165 min ördək isə öldürülüb.
Avropa İttifaqı ölkələrindən Fransanın quşçuluq təsərrüfatlarında bu virus təsbit edilib. Fransalı mütəxəssislər hesab edir ki, ölkədəki təsərrüfatlara bu yoluxucu xəstəlik xaricdən gələn quşlar vasitəsilə keçir. Ona görə də Fransada ölkəyə gətirilən quş və quş məhsullarına ciddi nəzarət etməyə başlayıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR