Bu gün Moskvada Rusiya və Ermənistan arasında iki
ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma
imzalanıb.
Publika.az xəbər verir ki, razılaşmanı Rusiya
tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə
müdafiə naziri Viqen Sarkisyan imzalayıb.
Qeyd edək ki, vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci
hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq.
Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə,
müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi
dairəsinə tabe olacaq.
Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində
nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın
Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.
Asif