Qənirə Paşayeva: “Bu, səhiyyənin adına ləkədir”

Qənirə Paşayeva: “Bu, səhiyyənin adına ləkədir”
12:53 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bəzi növ göz əməliyyatlarının keçirilməsinin qadağan olunmasına etirazını bildirib.

Publika.az xəbər verir ki, deputat bu gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır:

“Bu yaxınlarda Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim. Mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır. Gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir. Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinə və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum olsun. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/178104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR