Vladimir Putin Rusiya iqtisadiyyatının ləngiməsinin əsas səbəblərinı açıqlayıb

Vladimir Putin Rusiya iqtisadiyyatının ləngiməsinin əsas səbəblərinı açıqlayıb
14:02 1 Dekabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya iqtisadiyyatının ləngiməsinin əsas səbəbləri daxili problemlərdə gizlənir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
"Ləngimənin əsas səbəbləri ilk növbədə daxili problemlərimizdədir. Bura ilk növbədə investisiya resurslarının, müasir texnologiyaların, peşəkar kadrların çatışmazlığı, rəqabətin lazımi səviyyədə inkişaf etməməsi, işgüzar mühitdəki qüsurlar daxildir", - deyə V.Putin bildirib.
O əlavə edib ki, mənfi rəqəmlərə baxmayaraq, real sektorda tənəzzül başa çatıb və kiçik artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putin-rusiya-iqtisadiyyatinin-lengimesinin-esas-sebeblerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR