Nazir: “Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası yönündə tədbirlər gücləndiriləcək”

Nazir: “Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası yönündə tədbirlər gücləndiriləcək”
20:32 1 Dekabr 2016
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, konsertin tamaşaçıları arasında dövlət və qeyri-dövlət qurumlarından məsul şəxslər, millət vəkilləri, görkəmli incəsənət xadimləri də olub.
Tədbirin açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Prezident İlham Əliyevin əlillərə xüsusi diqqət və qayğısı bu insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası işlərinin ildən-ilə güclənməsi ilə yanaşı, onların bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması və dəstəklənməsi məqsədilə ümumrespublika miqyaslı tədbirlərin də uğurla davam etdirilməsinə şərait yaradıb.
S.Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması və cəmiyyətə inteqrasiyasının ölkədə həyata keçirilən sosial siyasət kursunun əsas istiqamətlərindən olduğunu vurğulayıb: “Ölkədə sosial təminat sistemi ilə əhatə olunan əhali kontingentinin mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Yəni Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası alanların 29 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Həmçinin aylıq sosial müavinət ödənilən şəxslərin 61 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Onlar üçün nəzərdə tutulan sosial ödənişlər də mütəmadi olaraq artır. Belə ki, pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb”.
Nazir bildirib ki, əlilliyi olan şəxslərin bir hissəsi də müharibə əlilləridir. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5500 nəfərə yaxın şəxs mənzillə təmin edilib ki, onlardan 4,1 min nəfəri müharibə əlilləri, habelə gözdən əlillər olub. Eləcə də ötən dövrdə nazirliyin xətti ilə 5,9 min nəfərə qədər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təminatı həyata keçirilib: “Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya tədbirləri ilə əhatə olunmasına da xüsusi diqqət yetirilir. Nazirliyin 15 bərpa müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələr tərəfindən təkcə bu ilin 10 ayında 19,4 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib. 2015-ci ildə və cari ilin ötən dövründə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib”.
S.Müslümov diqqətə çatdırıb ki, inkluziv əmək bazarının inkişaf etdirilməsi, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə də müvafiq işlər aparılır: “Onların əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi mühüm rola malikdir. Cari ilin 1 noyabr tarixinədək həmin Mərkəzdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib”. Nazir hazırda stasionar və səyyar formada sosial xidmətlərlə təmin edilənlərin mühüm bir hissəsinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğunu qeyd edib.
S.Müslümov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə həyata keçirilən tədbirlər sırasında onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsi məqsədilə keçirilən ümumrespublika səviyyəli tədbirlərin də mühüm yer tutduğunu bildirib. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi ilk növbədə əlilliyi olan şəxslərin cəmiyyətə fəal şəkildə inteqrasiyasına xidmət edir: “Yeni başa çatmış bu baxış-müsabiqədə ilk mərhələdə ölkənin bütün bölgələri üzrə 500 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bədii yaradıcılığın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onlardan yekun mərhələdə iştirak edən 136 nəfərdən (o cümlədən 33 nəfər sağlamlıq imkanları məhdud uşaq) ilk yerlərə layiq görülənlərə diplom və mükafatlar, həmçinin digərlərinə həvəsləndirici təşəkkürnamə və mükafatlar verilib”.
S.Müslümov bu tədbirin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil edildiyini diqqətə çatdırıb: “Ümumilikdə, hər il üçün nazirlik tərəfindən belə proqramlar təsdiqlənərək icra olunur. Həmin proqramlar çərçivəsində əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onlar arasında idman tədbirlərinin keçirilməsi, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması və s. istiqamətlərdə tədbirlər həyata keçirilir”.
S.Müslümov ölkədə ildən-ilə güclənən sosial siyasət kursunun əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə tədbirlərin qarşıdakı dövrdə uğurla davam etdirilməsinə imkan yaradacağını vurğulayıb.
Əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növləri (muğam, mahnı və romans, instrumental ifaçılıq, bəstəkarlıq, rəqs və bədii qiraət, poeziya) üzrə təqdim etdikləri konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42