Play Store

Azərbaycanda Rektorlar Şurası yaradılacaq

Azərbaycanda Rektorlar Şurası yaradılacaq
11:27 2 Dekabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda Rektorlar Şurası yaradılacaq.
"Report" xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı məlumat verib.
Bu ilin sonuna qədər Şuranın yaradılmasının nəzərdə tutulduğunu qeyd edən edən nazirin sözlərinə görə, məsələ ilə əlaqədar dekabr ayında təsis iclası keçiriləcək.
M.Cabbarov qeyd edib ki, məsələ Təhsil Nazirliyinin ötən ilki kollegiyasında müzakirə olunub: "Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək, Təhsil Nazirliyi və təhsil mütəxəssisləri ilə bununla bağlı keçirilən ictimai müzakirələr ali təhsilə aid mövzuların, məsələlərinin həllinə töhfə verəcək".
Nazir onu da qeyd edib ki, ildən-ilə Azərbaycanda tələbə adını qazanan gənclərin sayı artır: "Belə ki, bu il ali təhsil müəssisələrinə rekord sayda - 35.304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən il ilə müqayisədə 7% çoxdur. Əvvəllər mövcud olan neqativ təcrübələr aradan qaldırılıb. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiq edir".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-rektorlar-surasi-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR