Dünən Türkiyə telekanallarında iki iddialı serialın növbəti reytinq rəqabəti baş tutub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən həftə Total reytinqdə seriallar arasında birinci olan "Cesur ve Güzel" bu həftə liderliyi əlindən verib.
Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun baş rollarda olduğu ekran işi cüzi fərqlə "Vatanım sensin"dən geridə qalıblar. Bergüzar Korel və Halit Ergençin serialı isə həm Total, həm də AB reytinqdə birinci ola bilib.