UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib

UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
16:49 2 Dekabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  UNEC-in rektoru Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş  və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin  təşkili, elmi məqalələrin yazılması, eyni zamanda video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib.

 

 Bildirək ki, görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. “Times Higher Education World University Rankings”in son hesabatına görə, Çikaqo ştatında yerləşən UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR