Aşıq Pənahın 90 illik yubileyi qeyd olunub

Aşıq Pənahın 90 illik yubileyi qeyd olunub
17:12 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Aşıq Pənahın 90 illik yubileyi qeyd olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan "Report"a verilən məlumata görə, A.Rza Qobustanlı adına Mədəniyyət evində yubileylə əlaqədar konsert keçirilib.
Mərasimdə öncə Aşıqlar Birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Əli Tapdıqoğlunun rəhbərliyi ilə "Aşıqlar" xalq kollektivi konserti açıq elan edib.
Sonra Aşıqlar Birliyinin üzvüləri Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Elçin və Dərya dueti və digər gənc aşıqlar səhnəyə çıxıb. 
Konsertdə tanınmış xanəndələrdən Rövşən Əziz, Kamilə, Tahir Quliyev Aşıq Pənahın şeirlərinə həsr olunan mahnılar ifa ediblər.
Sonda Aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.











Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/asiq-penahin-90-illik-yubileyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR