Səmədov məşqdən qovuldu

Səmədov məşqdən qovuldu
20:05 2 Dekabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin üzvü Aleksandr Səmədovun "Spartak"a qayıdacağı barədə xəbərlər mediada yayılmağa başlayıb. Dekabrın 1-də "Lokomotiv"in məşqində baş məşqçi Yuri Syomin onu bazadan qovub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis onunla mübahisə edən Səmədovun xidmətlərinə ehtiyac duymadığını bildirib. Syomin ona əşyalarını toplayıb Bakovka bazasını tərk etməyi tapşırıb. Səmədovlə Syomin arasında soyuq münasibət çoxdan var. Futbolçu onun məşq metodlarını köhnəlmiş hesab edir.

Qeyd edək ki, dekabrın 1-də keçirilən "Lokomotiv" - "Tom" qarşılaşmasında (6:1) Aleksandrın adı iştirak ərizəsinə daxil olunsa da, özü ehtiyat skamyada görünməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR