Aşıq Pənahın 90 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib - FOTO

Aşıq Pənahın 90 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib - FOTO
20:17 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə A.Rza Qobustanlı adına Mədəniyyət evində Aşıq Pənahın 90 illik yubileyi ilə əlaqədar konsert proqramı keçirilib.

Milli.Az bildirir ki, ilk öncə Aşıqlar birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Əli Tapdıqoğlunun rəhbərliyi ilə Aşıqlar xalq kollektivi konserti açıq elan edib.

Daha sonra Aşıqlar birliyinin üzvüləri Aşıq  Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Elçin və Dərya dueti və digər gənc aşıqların çıxış ediblər.

Konsertdə tanınmış xanəndələrdən  Rövşən Əziz, Kamilə, Tahir Quliyev Aşıq Pənahın şeirlərinə həsr olunmuş mahnılar ifa ediblər.

Sonda Aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/495147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR