"Kəpəz" Azərbaycan Kubokunun 1/4 finalına yüksəlib

"Kəpəz" Azərbaycan Kubokunun 1/4 finalına yüksəlib
14:52 3 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finalın daha bir görüşü keçirilib. "Report"un məlumatına görə, Gəncənin "Kəpəz" klubu Qusarın "Şahdağ" komandasının qonağı olub.
"Bayıl Arena"da keçiriən qarşılaşmada gəncəlilər üstünlük nümayiş etdirib. Şahin Diniyevin rəhbərlik etdiyi komanda rəqib qapısından 5 top keçirib. "Şahdağ" isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Gəncə təmsilçisinin heyətində Orxan Əliyev (10), Şəhriyar Rəhimov (12), Tural Qürbətov (31), Tural Rzayev (51) və Ceyhun Cavadov (87) fərqləniblər. "Şahdağ"ın yeganə qolu isə Haqverdi Həsənovun (78) aktivinə yazılıb.
"Kəpəz"in 1/4 finaldakı rəqibi Bakının "İnter" klubu olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-azerbaycan-kubokunun-1-4-finalina-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR