"Səbail"in baş məşqçisi AZAL-a söz atdı

"Səbail"in baş məşqçisi AZAL-a söz atdı
19:17 3 Dekabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Səbail"in baş məşqçisi Elman Sultanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı oyundan sonra fikirlərini bölüşüb. Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:


- Rəqibi təbrik edirəm. Biz yeni komandayıq. Bizim üçün yenilik yoldu. "Qarabağ" Azərbaycan futbolunun lideridi. Fikrimcə, rəqib ölkənin ən güclüsüdü. Həyat davam edir.


- Bu matçın həm də divizionla Premyer Liqa arasında olan fərqi göstərdiyini düşünmək olar?

- Bəli, çox fərq var. Amma hamı ilə də yox. Məsələn, AZAL 1-ci divizon komandalarından heç də fərqli deyil. Əvəzində diviziondan "Zaqatala", "Turan Tovuz" kimi çox güclülər də var.


- Belə hesab gözləyirdiniz?

- Xeyr. Amma oldu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquotin-ba-mqcisi-azal-a-soz-atd-t54668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR