Fabreqas geri dönür? - İDDİA

Fabreqas geri dönür? -   İDDİA
16:07 4 Dekabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın baş məşqçisi Arsen Venger keçmiş oyunçusu Kesk Fabreqasın komandaya qayıtmasına razıdı. Fanat.Az xəbər verir ki, bu barədə "Express" qəzeti məlumat yayıb.


Qəzet iddia edir ki, Venger uzun illər kapitanı olduğu "Arsenal"dan 2011/12 mövsümündə ayrılaraq yetirməsi olduğu "BarselonaYya gedən, amma orda möhkəmlənə bilməyərək "Çelsi"yə keçən futbolçu üçün qapıları açmağa hazırdı.



Mövsümün əvvəlindən baş məşqçi Antonio Kontenin planlarına daxil olmayan ispan ulduz Nemanya Matiçin yoxluğunda "Mançester Siti" ilə səfər matçının start heyətində yer alıb və Dieqo Kostaya qol ötürməsi verib. Konte ona cari mövsümdə cəmi 5 Premyer Liqa oyununda şans verib və 177 dəqiqə oynadıb. Fabreqas italyan mütəxəssisdən daha çox forma şansı almasa, mövsümün sonunda komandanı tərk edəcək.


Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. London klubu 2011-ci ildə onu "Barselona"ya 34 milyon avroya satıb. 3 il sonra Kataloniya klubundan "Çelsi"yə 33 milyon avroya transfer olunan ispan ulduza "Transfermarkt" hazırda 45 milyn avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fabreqas-geri-donur-t54690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR