Osmanlı sultanı İran şahından Azərbaycan üçün nə istəyib?

Osmanlı sultanı İran şahından Azərbaycan üçün nə istəyib?
19:03 4 Dekabr 2016
217 Digər
Ölkə mətbuatı
A- A+

Osmanlının son sultanlarından olan II Əbdülhəmid Xanın 174-cü ildönümü ərəfəsində Türkiyədə onun şəxsiyyəti haqda müzakirələr davam edir.

Publika.az xəbər verir ki, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) Əbdülhəmid Xanı tənqid edir, AKP isə müdafiə edir.

"Haber7" saytının yazarı Serkan Üstüner isə Osmanlı sultanının müdafiəsinə qalxaraq, onun atdığı addımları sıralayıb.

Əbdülhəmid Xanın Azərbaycan məktəblərindəki qadağanı götürməsi də onun xidmətləri arasında diqqət çəkir.

Osmanlı məktəblərində (xristian məktəbləri də daxil olmaqla) türk dilinin yaxşı öyrədilməsi əmrini verən Əbdülhəmid Xan İranın nəzarətində olan Cənubi Azərbaycan məktəblərində də türk dili qadağasının ləğv edilməsində böyük rol oynayıb.

Qeyd edək ki, həmin vaxt İranın nəzarətində olan Cənubi Azərbaycanda məktəblərdə türk dilinin öyrədilməsi qadağan idi. Əbdülhəmid Xan 1900-cü ilin oktyabr ayında İstanbula səfər edən İran şahı Muzafferüddin Qacarla görüş keçirir və həmin görüşün nəticəsi olaraq Azərbaycan məktəblərində türk dili qadağası aradan götürülür.

Tarixçilər hesab edirlər ki, Cənubi Azərbaycan türklərinin tarixi kimliklərini qoruyub saxlamasında bu addımın böyük rolu olub.

II Əbdülhəmidin indiki Türkiyədə mövcud olan bir çox şeyin ilk qurucusu kimi xatırlanır.

- İlk dəfə elektrik enerjisini, təbii qazı gətirib, müasir əczaçılığı tətbiq edir.

- İlk avtomobili gətirib, 5 min kilometr yol tikib.

- Dünyanın ilk metrostansiyalarından birini Karaköy-Taksim arasında inşa etdirib, tramvay qurub.

- Çikaqodan turizm şirkətlərini Türkiyəyə gətirib.

- Avropa ölkələrinin kəşfiyyat xidmətlərində türk casuslarının olduğu şəbəkəni qurub. Təsəvvür edin ki, CİA, Mossad kimi kəşfiyyat orqanlarında MİT casusları var.

- Ziraat bankını yaradıb, ticarət, sənaye təşkilatları qurub.

- Fabrik və zavodlar açıb.

- Qərbi Türküstana əsgər göndərək yerli xalqı Çinə qarşı təşkilanlandırb.

- Telefonu Avropadan beş il sonra Türkiyəyə gətirib.

- İstanbul boğazı üzərində iki körpünün xəritəsini hazırlayıb.

Və saydıqca bitməyən bir çox işlərə imza atıb.

Bu gün Türkiyədə Əbdülhəmidi "Osmanlının sonuncu hökmdarı" olaraq da qeyd edirlər. Halbuki, o,1909-cu ildə taxtdan düşəndən sonra Osmanlını imperiya dağılana qədər daha üç sultan idarə edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/151345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR