"Barcelona"nın müdafiəçisi Jerar Pike "Real"la oyun (1:1) barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon müdafiəçi bunları deyib:

"Real"da hər şey qaydasında gedir. Əlavə vaxtda vurulan qol məğlubiyyətsiz oyunlar seriyasını artırmağa imkan verdi. Təcrübəmdən bilirəm ki, mövsüm çox uzundur. Luis Enrikenin rəhbərliyi altındakı ilk mövsümdə də oxşar vəziyyətlə üzləşmişdik. "Real" əla formada idi və bizi 4 xal qabaqlayırdı. Hər şey bizdən asılıdır. Öz oyun stilimizi geri qaytarsaq, vəziyyəti xeyrimizə dəyişə bilərik. Sakit olmaq lazımdır. Daha pis hallarla üzləşmişik".

Milli.Az