Prodüser Təranə Səmədova şou-biznes nümayəndələrini tənqid edib.
Axşam.az-ın məlumatına görə, prodüser “ATV maqazin onlarla” verilişində müğənnilərin ünvanına sərt sözlər deyib.
O bildirib ki, Nigar Camal ulduz olsa da, tələbatlı müğənni deyil. T.Səmədova bir vaxtlar birlikdə çalışdığı Günay İbrahimlidən də danışıb:
“Günay İbrahimlinin hər zaman yanında olmuşam. Onun işlərində zəhmətim çoxdur. Amma özünün də canında işləmək varıydı ki, bu gün ulduza çevrildi. İşlə bağlı xəyanəti Günaydan görmüşəm. Kərim Abbasovla həyat yoldaşı idim. Rəqsanə ilə çalışanda da işbirliyimiz normal gedirdi. Bu iki ifaçılarla işlə bağlı heç bir problemimiz olmayıb. Günayla isə məhz iş prosesində narazıçılıq yarandı. Bir gün mənim köməkçimi qoltuğuna vurdu ki, mən getdim.
Bu gün Nigar Camal brenddir, amma onu toylara dəvət edirlər? Samir Piriyev, Elton Hüseynəliyevə tələb olduğu qədər ona yoxdur.
Hələ də "birnömrəli kişi ifaçı" deyiləndə, Faiq Ağayevin adı çəkilir. Niyə? İfa baxımından Faiq Ağayevdən qat-qat yaxşı oxuyanlar var. Amma intelekt, savad baxımından Faiq Ağayevin əldə etdiklərinə çata bilmirlər”.
T.Səmədova “Euroivision” təmsilçilimiz Səmra Rəhimlini tənbəl adlandırıb:
“Səmra “Eurovision”a getdi, potensiallı müğənnidir. Niyə üzərində çalışmır?
Kimsə büdcəsinə qənaet edir, kimsə bahalı avtomobil sürmək, böyük evdə yaşamaq, bahalı brendlər geyinmək istəyir, amma mahnı almır. Gedin mahnı alın, bir az da irəli gedin”.
Prodüser ifaçıların konsertlərinə bilet sata bilmədiklərini söyləyib:
"Rafael İsgəndərovla Coşqun Rəhimovun, Nuri Sərinləndiricinin kosnertinə bilet satılır. Miri Yusifin konsertinə bilet satılırdı, amma yayadakı tədbirləri zəif oldu. Niyə İradə İbrahimova sənətinin ən yaxşı vaxtında getdi? Fəxri ad alardı, yaradıcılığını davam etdirərdi.
Elnarə Xəlilova layiq olduğu yerdə deyil. Onun səsini çox bəyənirəm. Savadlıdır, özgüvəni yüksəkdir. Bu da onu aldadır. Hərdən Elnarənin geyiminə baxanda zövqsüzlüyünü görürəm. Düşünürəm ki, dörd uşaq anasıdır. Sonra deyirəm ki, bir modelyerlə çalışa bilərdi.
Natavan Həbibini isə sənətdən Toliklə qalmaqal geri saldı. Tolik onu o qədər el şənliklərindən uzaqlaşdırmışdı ki, natavan bezirdi. Bilmirdi məhkəmələrlə, Aygün Kazımova ilə qalmaqalla, toyda Tolikin onun səsini alması ilə məşğul olsun. Mənim ən güclü rəqibim Tolikdir. Onunla bacara bilmərəm".
"Nigar Samir və Elton qədər tələbatlı deyil" - Təranə
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Banu"nun Güneli illər sonra göründü - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Sabah qaz kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
20:42
Xoşbəxtlik onlardan yana olacaq - Bəxtləri açılan bürclər
Bu gün
·
20:24
Azərbaycan millisi Haitiyə məğlub oldu - DÇ
Bu gün
·
20:03
Göyçayda ilan sancan şəxs məmur imiş - FOTO
Bu gün
·
19:51
İlham Əliyevin Şeyxa Əl Nuveysi ilə görüşündən görüntülər - VİDEO
Bu gün
·
19:35
“Real"ın “El-Klasiko” sonrası Arda ilə bağlı paylaşımı gündəm oldu
Bu gün
·
19:05
İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi
Bu gün
·
19:03
Baş nazir qərar imzaladı
Bu gün
·
18:09
Siyahıyaalma qrupunun işçilərinin maaşları təsdiqləndi
Bu gün
·
18:04
Azərbaycanda əmlak sığortası bazarı böyüyüb
Bu gün
·
17:31
Keçmiş icra başçısı əməliyyatdan sonra vəfat etdi
Bu gün
·
17:08
Ərdoğanın rəqibləri sıradan çıxır
Bu gün
·
16:50
Hikmət Hacıyev sülh sazişindən danışdı
Bu gün
·
16:44
Qeyri-həyat sığortası üzrə ödənişlər artıb
Bu gün
·
16:42
İqrar Cəbiyev vəzifəsindən azad olundu - FOTO
Bu gün
·
16:25