“Ermənistana uçduğu deyilən təyyarənin Azərbaycan tərəfindən geri qaytarılması İrəvanda ciddi təşvişə səbəb olub”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanın Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmadığını şərh edərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, burada söhbət Rusiyadan yox, hava uçuşları ilə bağlı hansısa beynəlxalq tələblərin pozulmasından gedir: “Görünür, uçuş haqqında Azərbaycana xəbərdarlıq edilməyib, yaxud daşınan yük haqqında doğru məlumat verilməyib. Şübhəsiz ki, bu məlumatın ortaya çıxması Rusiyadakı ermənipərəst dairələrin işidir. Məqsəd Rusiya-Azərbaycan münasibətlərinin pozulmasıdır. Lakin ümumilikdə, bu məlumatın ortaya çıxması Azərbaycanın xeyrinə oldu”.
Bakının silah aparan təyyarəni qaytarması İrəvanda qorxu yaratdı

Komitə üzvü vurğulayıb ki, insident araşdırılarsa, Azərbaycanın beynəlxalq hüquq normalarını pozmadığı aydın olacaq.

“Bu məlumatın ortaya çıxması Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına hədəflənsə də, dolayısı ilə bizim xeyrimizə addım atıldı. Çünki Ermənistana bir daha bəlli oldu ki, Azərbaycan torpaqlarını işğal edən ölkəyə qarşı beynəlxalq hüququn imkan verdiyi səviyyədə daim təzyiq göstərəcək. Bu, Ermənistan əhalisində də ciddi təşvişə səbəb olub”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb və təyyarəniSoçiyə qayıtmağa məcbur edib.

Pilotla dispetçerin danışıqları “GalandecZP” bloggerində dərc edilib. Təyyarə Ermənistan istiqamətində uçurdu. “İrəvana qədər uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan edilib”, - dispetçer qeyd edib. Sonra təyyarə ekipajı Soçi aeroportuna qayıtmaq barədə komanda alıb.

Asif