"Bayern Munich"in prezidenti Uli Höness komandanın sabiq çalışdırıcısı Lui van Qaal barədə danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı funksioner bunları deyib:
"Van Qaal gənclərdə potensial görəndə onu rellaşdırmaq üçün imkan yaradırdı. Tomas Müller və Holqer Badştuberdə olduğu kimi. Bəzən də məntiqsiz şeylər danışırdı. Məsələn, Tomas Kraftın Manuel Noyerdən daha güclü olduğunu iddia edirdi".
Kraft 2008-11-ci illərdə "Münhen klubunun şərəfini qorumuş, daha sonra "Herta" klubuna keçmişdi. Van Qaal "Bayern"ə 2009-2011-ci illərdə rəhbərlik etmişdi.
Milli.Az