Biləsuvar. 6 dekabr. REPORT.AZ / Biləsuvar rayonunda adı "Qırmızı" kitaba düşən quşları qanunsuz olaraq ovlayan şəxs tutulub. "Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı rayonun Nəsimikən kənd sakini Cavid Qasımov tutulub. Məlum olub ki, rayonun Şəhriyar adlanan ərazisində qanunsuz ov edən C.Qasımov adı qırmızı kitaba düşən 13 ədəd Bəzgək quşunu ovlayıb. Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb.
Qeyd edək ki, C. Qasımovun ovladığı Bərzək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı" kitaba daxil edilib. Hazırda həmin quşların hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycanda adı "Qırmızı" kitaba düşən quşları ovlayan şəxs tutulub