"Report"un məlumatına görə, fond sahibkarlardan taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması istiqamətləribdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF dekabrın 2-də Balakəndə işgüzar forum keçirib.