"Real Madrid"in hücumçusu Kərim Benzema "Borussiya Dortmund"la oyunda (2:2) dubla imza atıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı forvard bu turnirdə 50 qol həddinə çatıb. Bunun üçün Benzemaya 88 oyun lazım olub. O, analoji göstəriciyə görə həmyerlisi Tyerri Anriyə çatıb. Andrey Şevçenko (48), Zlatan İbrahimoviç (48) və Alfredo di Stefano (49) isə geridə qalıblar.
Qeyd edək ki, Çempionlar Liqasının tarixi ərzində ən sərrast futbolçu 95 qolla Kriştianu Ronaldudur. Lionel Messi (93), Raul (71) və Ruud van Nistelrooy (56) ilk dördlüyü qapayır.
Milli.Az