ATV-nin aparıcısı Günay Baxşəliyeva yenidən efirə qayıdır.

Axşam.az-ın məlumatına görə, aparıcı “Tanıdım səni” verilişinə aparıcılıq edəcək.

Bu haqda G.Baxşəliyeva özü xəbər verib. O bildirib ki, verilişin ilk bölümü sabah saat 17:30-da efirə gedəcək:

"İlk proqram olacaq. Uğurlar arzulayın".

Yarışma xarakterli verilişin münsif kürsüsündə G.Baxşəliyevanın həyat yoldaşı Zaur Baxşəliyev də yer alıb.