"Borussiya Dortmund"un idman direktoru Mihael Zork bir müddət Çempionlar Liqasını unudacaqlarını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi əsas diqqəti Bundesliqa oyunlarına yönəldəcəklərini qeyd edib.

"Artıq Bundesliqa barədə düşünürük, liderdən xeyli geri qalırıq. Hazırda bizi Çempionlar Liqası maraqlandırmır. Sadəcə daxili çempionata diqqəti yönəltmək tələb olunur. İlin sonuna kimi ləyaqətli oyun göstərmək lazımdır".

13 turdan sonra "Borussiya" Bundesliqanın turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.

Milli.Az