"Report" xəbər verir ki, bu barədə nəşrin saytı məlumat yayıb.
"Mənim 34 illik karyeramı davam etdirmək qabiliyyətimə qiymət verdiyinizə görə çox sağolun", - deyə nəşr müğənninin mükafatı alan zaman etdiyi çıxışdan bir parçanı sitat gətirib.
Madonna həmin nitqi zamanı arasında seksizm və kişi şovinizmi, həmçinin İİV-lə mübarizənin olduğu bir sıra problemlərə toxunub. O, həmçinin son vaxtlar həyatdan köçən artistləri yad edib:
"Mənə elə gəlir ki, gördüyüm ən ziddiyətli iş həyatda qalmağımdır. Maykl (Cekson – red.) getdi. Tupak getdi. Prins getdi. Uitni (Hyuston – red.) getdi. Emi Uaynhaus və Devid Boui çıxıb getdi. Lakin mən hələ də burada durmuşam. Mən xoşbəxt insanlardan biriyəm və hər gün buna görə dua edirəm", - deyə müğənni bildirib.