Fəvvarələr Meydanında "Nargiz Fund"un təşəbbüsü və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" - "Qış nağılı" adlı xeyriyyə yarmarkası keçirilir.
Milli.Az xəbər verir ki, yarmarkanın açılışında YARAT-ın təşəbbüsü ilə hazırlanmış "Körpələrin səsi" layihəsinin təqdimatı olub. Bu əsəri xalq artistləri Zülfiyyə Xanbabayeva və Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova və Abbas Bağırov ifa ediblər. Mahnıda uşaq xorunu isə Bülbül adına məktəbin şagirdləri səsləndiriblər.
Mahnının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanova, musiqisi Hakan Erola məxsusdur.
Qeyd edək ki, bu, Cəlal Qurbanovun ilk belə layihəsi deyil. O, bundan öncə "Sən azərbaycanlısan", "Qarabağın səsi" mahnılarının sözlərini və Avropa Oyunlarının himnini də yazmışdı.
"Körpələrin səsi" layihəsi də böyük maraqla qarşılanıb və ilk dəfə xeyriyyə yarmarkasında səslənən mahnı hər kəsi kövrəldib.
Cəlal Kəngərlinin layihənin təqdimatından hazırladığı videoroliki təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

