Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın öldürülməsi olduğunu bildirib.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti İstanbulda baş verən terror aktlarıyla əlaqədar bəyanatında bildirib:

"Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, "Beşiktaş"-"Bursaspor" oyunundan sonra törədilən terror aktlarının məqsədi xeyli sayda insanın öldürülməsi olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var".

Milli.Az