Türkiyənin Diyarbəkir vilayətində F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident hərbi aerodrom yaxınlığında qeydə alınıb.

Hadisə yerinə xilasedici qrup cəlb edilib. Pilotun sağ qaldığı bildirilir.