Bakı. 13 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yerləşən Baku Medical Plaza xəstəxanasında ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik Əl Abbad əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.