Hollandiya XİN başçısı Hələbdəki vəziyyətlə əlaqədar Rusiya və İran səfirləri ilə görüşüb
Paylaş
58 baxış·1 dəq oxu
Bakı. 14 dekabr. REPORT.AZ/ Hollandiyanın xarici işlər naziri Bert Kunders Hələb şərqindəki vəziyyətlə əlaqədar Rusiya və İran səfirləri ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat verilib. Görüş zamanı B.Kunders Hələbdə yaranmış vəziyyəti qətiyyətlə pisləyib və şəhərdə təxliyyə işlərinin aparılmasının təmin edilməsinin zəruriliyini bildirib.